Mateus Saldanya "Neftçi"də! - VİDEO
26.01.2023 - 16:01
Mateus Saldanya "Neftçi"də! - VİDEO

“Neftçi” hücumçu Mateus Saldanyanı transfer edib. 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı “ağ-qaralar”ın mətbuat xidməti açıqlayıb. 

Bildirilib ki, braziliyalı futbolçu ilə 1 il müddətinə icarə müqaviləsi bağlanıb. 23 yaşlı forvard komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Yaponiyanın “JEF Yunayted Çiba” klubuna məxsus olan Mateus Saldanya bunadək Braziliya “Bahia”sı (2020-2022) və icarə əsasında Çin “Çendu Sinçen”ində (2022) çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.

writer photo
Əlirza Əlirzalı
0