Məhəmməd Abdullayev Avropa Oyunlarında gümüş medal qazandı
02.07.2023 - 17:07
Məhəmməd Abdullayev Avropa Oyunlarında gümüş medal qazandı

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında final döyüşünə çıxıb. 

Apasport.az saytının məlumatına görə, +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qüvvəsini sınayıb. 

Ardıcıl olaraq, Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib. 

Beləliklə, iyunun 23-də start götürüb və 10 gün davam edən Avropa Oyunlarını Azərbaycan millisi 1 gümüş və 1 bürünc medalla başa vurub. Abdullayevdən öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutub. Hər iki boksçu həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da qazanıb. 

Qeyd edək ki, Avropa Oyunlarında 42 ölkədən 325 boksçu 13 çəki dərəcəsində qalibləri müəyyənləşdirib. 
 

writer photo
Əlirza Əlirzalı
0