İvan Perişiç son üç dünya çempionatında qol vurmağı bacaran 4-cü futbolçu olub.
Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin üzvü DÇ-2022-dəki hesabını 1/8 finalda açıb.
O, Yaponiya ilə hazırda davam edən qarşılaşmada fərqlənib. O, DÇ-2014, DÇ-2018 və DÇ-2022-də qol vurmağı bacaran Lionel Messi, Kriştiano Ronaldo və Cerdan Şakiriyə çatıb.
İvan yığmada 33-cü qolunu vurub. Bu göstəricidə ikinci olan Mario Mancukiçə çatan Perişiç yalnız Davor Şukerdən geri qalır. Sonuncunun 45 qolu var.
Perişiç dünya və Avropa çempionatlarının final mərhələlərində 10-cu qolunu vurub. O, mundiallarda 6, qitə çempionatlarında 4 dəfə qol sevinci yaşayıb. Bu, Xorvatiyanın rekordudur.