"Nitsa"nın futbolçusu həbs edildi
24.11.2023 - 21:22
"Nitsa"nın futbolçusu həbs edildi

"Nitsa"nın futbolçusu Yussef Atal Fransada irqi ədavəti qızışdırmaq ittihamı ilə saxlanılıb.

Apasport.az xəbər verir ki, Fransa polisi əlcəzairli müdafiəçini həbs edib. 

Atal Əlcəzair millisindən döndükdən dərhal sonra saxlanılıb. O, hazırda Nitsa polis bölməsindədir.

Futbolçu sosial şəbəkələrdə İsrail və Fələstin arasında münaqişə ilə bağlı video paylaşıb. Müdafiəçi Liqa1 tərəfindən 7 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, 27 yaşlı oyunçu 2018-ci ildən "Nitsa"da çıxış edir. O, cari mövsüm Fransa çempionatında 6 oyun keçirib, 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0