İbrahimoviç: “Ən pis xatirəm “Barselona” idi”
02.11.2022 - 17:34
İbrahimoviç: “Ən pis xatirəm “Barselona” idi”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasının ən pis xatirəsini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, isveçli superulduz “Barselona”da olduğu dönəmi bu baxımdan fərqləndirib.

41 yaşlı forvard həmin vaxt doğru addımlar atmadığını etiraf edib: “Ən pis xatirəm “Barselona” idi. Amma futbola görə deyil. Orada çox düşünməli oldum. Hər şeyi fərqli etdim. Qərar verməzdən əvvəl iki dəfə düşündüm və özümü məyus etdim. Orada şəxsiyyətimi itirdim, sonradan toparlandım. Bu, mənə dünyanı fəth etmək imkanı verdi”.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2009/10 mövsümündə “Barselona”da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0