“Bavariya”nın futbolçusunun ürəyində problem
06.01.2023 - 17:29
Almaniyanın “Bavariya” klubunun futbolçusu Nussair Mazrauinin səhhətində problem yaranıb.
Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, həkimlər mərakeşli futbolçunun ürək toxumalarında iltihab aşkarlayıb.
25 yaşlı oyunçunun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Mərakeş millisinin də şərəfini qoruyan Mazraui bu mövsüm 18 qarşılaşmada iştirak edib.
0
0