“Kəpəz”in istefaya göndərdiyi baş məşqçisi Azər Məmmədov komandanı cəmi 12 oyuna çıxarıb.
Apasport.az xəbər verir ki, çalışdırıcı yalnız Misli Premyer Liqasında iş başında olub.
Nəhs rəqəm sayılan “13” ərəfəsində postunu itirən Məmmədov 12 görüşdə yalnız 1 dəfə qələbə sevinci yaşayıb. Onun yetirmələri 3 heç-heçə edib və 8 dəfə uduzub.
Məmmədovun rəhbərliyi dövründə cəmi 6 qol vuran “Kəpəz” bunun 4 mislini – 24-nü buraxıb. 6 xala malik Premyer Liqanın autsayderi həm vurulan, həm buraxılan qol sayında sonuncudur.
Qeyd edək ki, Məmmədov bu ilin yayında Gəncə klubunun “sükanı arxası”na keçib.