"Çelsi" "Bavariya"nın hücumçusu ilə maraqlanır
19.02.2024 - 17:59
"Çelsi" "Bavariya"nın hücumçusu ilə maraqlanır

"Bavariya"nın hücumçusu Methis Tell İngiltərə Premyer Liqasının daha bir komandasının hədəfinə çevrilib.

Apasport.az xəbər verir ki, London "Çelsi"si də növbəti "transfer pəncərəsi" üçün qısa siyahıya Methisi əlavə edib. 

Daha əvvəl "Mançester Yunayted"in 18 yaşlı fransızı almaq istədiyi bildirilirdi.

Xatırladaq ki, Methisin agenti bundan əvvəl müştərisinin klubdan müəyyən zəmanətlər almadığı təqdirdə gələn yay "Bayern"dən ayrıla biləcəyini bildirmişdi. 

writer photo
Əlirza Əlirzalı
0