“İnter”dən 5 milyonluq təklif
01.08.2022 - 22:54
“İnter”dən 5 milyonluq təklif

“İnter” Aleksis Sançeslə müqaviləyə xitam verilməsi üçün danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu çilili vingerə 5 milyon avro təklif edib.

Cənubi amerikalı bu məbləğ qarşılığında anlaşmanın pozulmasına razılaşmalıdır. Aleksis təklifi qəbul etsə, azad agent statusu alacaq.

Çilili bir neçə klubun maraq dairəsindədir. Onu “Marsel”lə “Vilyarreal” heyətində görmək istəyir.

Qeyd edək ki, futbolçunun agenti marsellilərlə maaş barədə danışıqlar aparır.
 

writer photo
Əlirza Əlirzalı
0