“Yalan danışmaq axmaqlıq olardı: mən bu oyundan narahatam".
Apasport.az xəbər verir ki, bunu Mərakeş yığmasının baş məşqçisi Valid Əl-Rakirakiyu deyib.
O, DÇ-2022-də Xorvatiya ilə üçüncü yer uğrunda oyundan gözləntilərini bölüşüb: "Düşünürəm ki, həm bizə, həm də rəqibə oynamaq çətin olacaq. Çünki hər iki komanda məğlub olduğu yarımfinal oyunundan sonra qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə çıxış etdiyimiz üçün özümü axmaq kimi hiss edirəm. Finalda oynamayacağıq və ikinci yeri tutsaq belə, mən eyni şeyi deyərdim".
Qeyd edək ki, Mərakeş və Xorvatiya bu gün Bakı vaxtı ilə saat 19:00-da mundialın 3-cü yeri uğrunda oynayacaq.