Millimiz Belçikaya məğlub olub
24.08.2024 - 23:48
Millimiz Belçikaya məğlub olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Bakıda Belçika yığması ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.

writer photo
Əlirza Əlirzalı
0