Millimiz FIFA reytinqində 29-cu oldu
20.06.2024 - 12:21
Millimiz FIFA reytinqində 29-cu oldu

FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.

Apasport.az xəbər verir ki, aktivində 1139.38 xal olan Azərbaycan millisi 29-cu pillədə qərarlaşıb.

Siyahıya beşqat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.

Azərbaycan millisinin AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.

writer photo
Əlirza Əlirzalı
0