Azərbaycan millisi bu gün növbəti oyununa çıxdı.
Apasport.az xəbər verir ki, Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gəldi. Matç qonaqların 0-1 hesablı qələbəsi ilə başa çatdı.
VIII turun F qrupundakı matç Bakıda baş tutdu. Uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan milli azsaylı azarkeşlərini sevindirə bilmədi.
Oyunda yeganə qolu 48-ci dəqiqədə Marsel Sabitzer penalti zərbəsindən vurdu.
Qeyd edək ki, qrupun digər matçında Belçika İsveçi qəbul edəcək.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, VIII tur
16 oktyabr
20:00. Azərbaycan - Avstriya 0-1
Qol: Marsel Sabitzer, 48
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi
Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Xaver Şkager, 6. Nikolas Şeyvald, 7. Saşa Kaladziç, 10. Florian Qrilitş, 15. Filipp Lyenhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad laymer (k)
Baş məşqçi: Ralf Ranqnik
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
6 |
4 |
1 |
1 |
14-7 |
13 |
3 |
İsveç |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
5 |
1 |
1 |
3 |
4-11 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |