Millimizdən 18,5 xallıq qazanc
20.11.2023 - 12:24
Millimizdən 18,5 xallıq qazanc

Azərbaycan millisinin noyabr ayında keçirdiyi oyunların FİFA reytinqinə təsiri bəlli olub.

Apasport.az xəbər verir ki, yığmamız iki matçdan sonra hesabına 18,5 xal əlavə edib.

AVRO-2024-ün seçmə mərhələsinin sonunda evdə İsveç, səfərdə Belçika ilə görüşən komandamız bununla da aktivini 1174,41-ə çatdırıb.

16 noyabr. Azərbaycan – İsveç – 3:0 (20,4)
19 noyabr. Belçika – Azərbaycan - 5:0 (-1,9)

Qeyd edək ki, son siyahıda 1155,91 xala malik millimiz dünyanın 120-ci komandasıdır.

writer photo
Əlirza Əlirzalı
0