Millimizdən məğlubiyyətlə start
04.10.2022 - 19:23
Millimizdən məğlubiyyətlə start

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, yığmamız ilk turda Monteneqro ilə qarşılaşıb.

Xorvatiyada təşkil olunan matçda hesabı millimiz açıb. Edanur Mutlu balkanlıların qapısına yol tapıb.

Lakin Zamir Həsənovun yetirmələri üstünlüyünü qoruya bilməyib. Hər hissədə bir qol vuran Monteneqro 2:1 hesablı qələbə qazanıb.

Qrupumuzun digər oyununda Xorvatiya Kiprə 1:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, millimiz oktyabrın 7-də Kipr, 10-da Xorvatiya ilə üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0