Azərbaycan milli komandasına baş məşqçi postuna Türkiyədən məşqçi gətiriləcəyi barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, AFFA məhz Türkiyədən olan məşqçilərin üzərində dayanacaq, başqa mütəxəssislərlə danışıq aparmayacaq.
AFFA-nın siyahısında yer alan məşqçilərdən biri Bülent Qorxmazdır. Son olaraq “Rizəspor”u çalışdırmış 55 yaşlı mütəxəssisin Azərbaycanda işləməsi və futbolumuza bələd olması da AFFA-nın diqqətini çəkən və məşqçini ön plana çıxaran məsələlərdəndir. “Qalatasaray”ın əfsanəvi kapitanı məşqçi kimi doğma klubuyla yanaşı, “Gənclərbirliyi”, “Karabükspor”, “Erciyesspor”, “Mersin İdman Yurdu”, “Antalyaspor”, “Konyaspor”, “Alanyaspor” və “Bakı” klubunu da çalışdırıb.
Lakin AFFA-nın siyahısında yer alan türkiyəli mütəxəssislərin sayı çox olduğundan milliyə kimin dəvət ediləcəyinə yanvardan tez qərar verilməyəcək.