“Barselona” sabiq baş məşqçisinə borcunu ödəməyib
28.10.2022 - 23:23
“Barselona” sabiq baş məşqçisinə borcunu ödəməyib

“Barselona” sabiq baş məşqçisi Kike Setyenə hələ də borcunu ödəməyib.

Apasport.az saytının məlumatına görə, bunu hazırda “Vilyarreal”ın sükanı arxasında olan çalışdırıcı özü deyib.

64 yaşlı mütəxəssis bunun üçün kataloniyalılara vaxt verdiyini də söyləyib: “Barsa” gec-tez uğur qazanacaq. Dəyişiklik vaxt aparacaq. İqtisadi məsələnin də böyük təsiri var. Bunu ona görə deyirəm ki, onlar hələ də mənim haqqımı tam ödəməyiblər. Rəhbərliyə dedim ki, nə qədər vaxt lazımdırsa, gözləyəcəyəm”.

Qeyd edək ki, Enrike Setyen 2020-ci ilin yanvar-avqust aylarında “Barselona”ya rəhbərlik edib. O, bu ay “Vilyarreal”a təyin olunub.
 

writer photo
Əlirza Əlirzalı
0