Liqa1-də istefa
24.11.2022 - 14:56
Liqa1-də istefa

Fransa Liqa1-də baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Anje” çalışdırıcısı Jeral Batikli istefaya göndərib.

Buna Liqa1-dəki uğursuz nəticələr səbəb olub. Komanda ardıcıl 8 oyunda məğlubiyyət alıb.

“Anje” 15 turdan sonra 8 xala malikdir. Komanda turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2021-ci ilin mayından “Anje”ni çalışdıran Batiklin istefasından sonra baş məşqçi vəzifəsinin icrası Abdel Buzzamaya tapşırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0