Millimizin mətbuat konfranslarının vaxtı AÇIQLANDI
19.03.2024 - 19:22
Millimizin mətbuat konfranslarının vaxtı AÇIQLANDI

“FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan milli komandasının martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandalarına qarşı keçirəcəyi oyunlardan öncə təşkil olunacaq mətbuat konfranslarının və media nümayəndələri üçün açıq məşqlərin vaxtları müəyyənləşib.

Apasport.az açıq məşqlər və mətbuat konfranslarının vaxtlarını təqdim edir:

21 mart

Monqolustan

Saat 10:00. Mətbuat konfransı

Saat 10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan

Saat 16:30. Mətbuat konfransı

Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

24 mart

Azərbaycan

Saat 16:30. Mətbuat konfransı

Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Bolqarıstan

Saat 18:00. Mətbuat konfransı

Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, məşqlər və mətbuat konfransları Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

writer photo
Əlirza Əlirzalı
0