Millimizin qazancı
26.09.2022 - 17:59
Millimizin qazancı

Azərbaycan millisinin Qazaxıstanla oyundakı qazancı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının VI turundakı 3:0 hesablı qələbə yığmamızın FİFA reytinqinə 8,2 xal gətirib.

Slovakiya ilə bundan əvvəlki görüşdə (2:1) 11,5 xal əldə edən Canni de Byazinin yetirmələri sentyabr matçlarını ümumilikdə 19,7 xallıq qazancla başa vurub. Son FİFA reytinqində 1127,17 xalla dünyada 128-ci olan komandamız əmsalını 1146,72-yə yüksəldib.

Azərbaycan millisinin növbəti FİFA cədvəlində qərarlaşacağı yer digər komandaların qarşıdakı oyunlarından da asılıdır. Canlı siyahıda yığmamız 123-cü pillədədir.

writer photo
Əlirza Əlirzalı
0