Millimizin üzvü Polşa klubunda - Rəsmi
20.01.2024 - 14:53
Millimizin üzvü Polşa klubunda - Rəsmi

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubuna keçib. 

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

“Qarabağ”dan LKS-ə keçən mərkəz müdafiəçisi Polşa Ekstraklasa komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədədir.

writer photo
Əlirza Əlirzalı
0