PSJ-də yeni qaydalar: Yeməkdə telefon olmaz
21.07.2022 - 11:17
PSJ-də yeni qaydalar: Yeməkdə telefon olmaz

PSJ-nin yeni baş məşqçisi Kristof Qaltye komandada nizam-intizam qaydalarını sərtləşdirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bəzi tələblər irəli sürüb.

Onlardan biri Paris futbolçularına yemək zamanı telefondan istifadənin qadağan edilməsidir. Həmçinin məşqə üzrlü səbəb olmadan gecikən oyunçular məşqə buraxılmayacaq və evə qaytarılacaq.

Qeyd edək ki, yayda Mauritsio Poçettino ilə yollarını ayıran PSJ baş məşqçi postuna Kristof Qaltyeni gətirib.
 

writer photo
Əlirza Əlirzalı
0