"Kəpəz"də braziliyalı futbolçu - 2 illik müqavilə
31.12.2022 - 09:37
"Kəpəz"də braziliyalı futbolçu - 2 illik müqavilə

"Kəpəz" klubu heyətinə yeni futbolçu cəlb edib.  

Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Alessandro Pinheiro Martins Junior ilə 2 illik müqavilə imzalayıb.  

23 yaşlı braziliyalı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Vətənində bir çox komandanın şərəfini qoruyan Alessandronun son klubu Litvanın “Fabrunqas Plunqe” klubu olub. O, bu komandanın heyətində meydana çıxmayıb.

writer photo
Əlirza Əlirzalı
0