Mollayi gümüş medalla kifayətləndi
01.04.2023 - 20:21
Mollayi gümüş medalla kifayətləndi

Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində Səid Mollayi (81 kq) gümüş medalla kifayətlənib.

Apasport.az xəbər verir ki, o, finalda Matias Kaseyə (Belçika) uduzub.

Hidayət Heydərov (73 kq) isə bürünc medal uğrunda görüşdə digər həmyerlimiz Nurlan Osmanova qalib gəlib.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq. 

writer photo
Əlirza Əlirzalı
0