Moratadan İLK
28.11.2022 - 01:01
Moratadan İLK

Alvaro Morata İspaniya millisində ilkə imza atıb.

Apasport.az saytı xəbər verir ki, 30 yaşlı hücumçu Qətərdə keçirilən dünya çempionatında Almaniya ilə qrup mərhələsinin II tur matçında buna nail olub.

O, "buğalar"ın heyətində ardıcıl 2 mundial oyununda sonradan meydana çıxaraq qol vuran ilk ispan futbolçu olub.

"Yuventus"lu futbolçu daha əvvəl Kosta-Rika ilə görüşdə eyni uğura imza atmışdı.

Qeyd edək ki, İspaniya - Almaniya matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0