Moskva yay oyunları başlayıb - Foto
18.08.2024 - 13:32
Moskva yay oyunları başlayıb - Foto

Avqustun 17-də Rusiyanın Moskva şəhərində “Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları”na start verilib.

Apasport.az xəbər verir ki, yarışlardan öncə oyunların açılış mərasimi keçirilib və komandaların paradı baş tutub.

Beynəlxalq yarışda 22 ölkənin təmsilçiləri müxtəlif idman növlərində mübarizə aparırlar.

Qeyd edək ki, yarışlarda ölkəmizi Gənclər və İdman Nazirliyinin, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları və Dövlət Neft Şirkətinin əməkdaşları təmsil edirlər.

 

 

writer photo
Əlirza Əlirzalı
0