XXI əsrin bombardirləri - SİYAHI
14.08.2022 - 12:00
XXI əsrin bombardirləri - SİYAHI

XXI əsrdə ən çox qol vuran futbolçuların adları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2001-ci ildən bəri rəqib qapıçılarını ən çox məyus edən 10 futbolçudan ibarət siyahı açıqlanıb.

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo cədvələ başçılıq edir. Onu argentinalı həmkarı Lionel Messi izləyir. Bu ikili arasında 46 qolluq fərq var. İlk “üçlüy”ü isə yayda “Bavariya”dan “Barselona”ya keçən Robert Levandovski qapayır.

İlk “10-luq”dakı futbolçulardan yalnız David Vilya, Serxio Aquero və Samuel Eto karyerasını bitirib.

1. Kriştiano Ronaldo - 815 qol
2. Lionel Messi - 769
3. Robert Levandovski - 601
4. Zlatan İbrahimoviç - 572
5. Luis Suares - 521
6. David Vilya - 438
7. Edinson Kavani - 430
8. Serxio Aquero - 429
9. Kərim Benzema - 426
10. Samuel Eto - 424

writer photo
Əlirza Əlirzalı
0