“Zirə”nin oyununda anşlaq olacaq
08.07.2022 - 15:04
“Zirə”nin oyununda anşlaq olacaq

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə “Makkabi” arasında İsraildə keçiriləcək cavab matçı dolu tribunalar önündə olacaq.

Apasport.az saytı xəbər verir ki, İsrail mətbuatı Təl-Əviv təmsilçisinin yeni mövsümdəki ilk ev oyunlarına böyük maraq olduğunu yazıb.

Təsadüfi deyil ki, 2022/23 mövsümü üçün azarkeş abunəliyi yenilənib. 18 min fanat klubun elanından dərhal sonra mövsümlük abunəliyini yeniləyib. Cəmi 200 nəfər bundan imtina edib.

“Makkabi” rəhbərliyi həmçinin oyunöncəsi satışa çıxarılacaq biletlərin də qısa müddətdə alınmasını gözləyir. Onlar Azərbaycan təmsilçisi ilə görüşdə 29 min 400 nəfərlik tutuma malik “Blumfild” stadionunun dolu olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, “Zirə” ilə “Makkabi” arasında ilk oyun iyulun 21-də “Dalğa Arena”da, cavab görüşü isə 28-də “Blumfild” stadionunda keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0