Mourinyo İngiltərəyə qayıtmaq istəyir
15.12.2023 - 10:56
Mourinyo İngiltərəyə qayıtmaq istəyir

“Roma”nın baş məşqçisi Joze Mourinyo İngiltərəyə qayıtmağa istəklidir.

Apasport.az xəbər verir ki, “Nyukasl” təcrübəli mütəxəssislə maraqlanır.

Mourinyonun “Roma” ilə müqaviləsi mövsüm sonu başa çatır. Buna baxmayaraq, komanda portuqaliyalı mütəxəssisə 2 illik yeni müqavilə təklif etməyi düşünür. Bununla belə, "special one" İngiltərəyə qayıtmaq istəyində olduğunu bildirib. 


Qeyd edək ki, Mourinyo daha əvvəl İngiltərə klublarından “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”də çalışıb.

writer photo
Əlirza Əlirzalı
0