"Sevilya"nın mərkəz müdafiəçisi Serxio Ramos cari mövsümün sonunda Avropanı tərk edə bilər.
Apasport.az xəbər verie ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Onun sözlərinə görə, təcrübəli ispaniyalının MLS-də işləmək üçün iki variantı var.
38 yaşlı futbolçunun transferinə Lionel Messi və Luis Suaresin oynadığı “Los Angeles Qalaksi” və “İnter Mayami” maraq göstərir. Karyerasını davam etdirmək üçün hansı variantın Ramosa daha yaxın olduğu hələ məlum deyil.
Qeyd edək ki, Serxio ötən yay azad agent kimi "Sevilya"ya qayıtmışdı. Tərəflər arasında mövcud müqavilə iyunun sonunda başa çatır.