Yurgen Kloppun qovdurduğu MƏŞQÇİLƏR
04.09.2022 - 16:39
Yurgen Kloppun qovdurduğu MƏŞQÇİLƏR

“Bornmut”un baş məşqçisi Skott Parker İngiltərə Premyer Liqasında “Liverpul”a məğlubiyyətdən dərhal sonra istefaya göndərilən 6-cı mütəxəssis olub.

Apasport.az xəbər verir ki, bu barədə araşdırmanı “Whoscored” aparıb.

IV turda “qırmızılar”a 0:9 hesabı ilə yenilən “Bornmut” çalışdırıcısı ilə yollarını ayırmaq qərarına gəlib.

Ona qədər isə Françesko Qvidolin (“Suonsi”, 2016), Slaven Biliç (“Vest Hem”, 2017), Slavişa Yokanoviç (“Fulhem”, 2018), Joze Mourinyo (“Mançester Yunayted”, 2018) və Marko Silva (“Everton”, 2019) eyni taleyi yaşayıb.

Maraqlıdır ki, adları sadalanan mütəxəssislərin hamısı Yurgen Kloppun dönəmində “Liverpul”a məğlub olduğu üçün postundan uzaqlaşdırılıb.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir.

writer photo
Əlirza Əlirzalı
0