İsviçrə klublarından “Yanq Boyz” baş məşqçisi Patrik Rahmenlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rahmenin yerinə müvəqqəti olaraq Joel Magnin təyin edilib.
Maqnin “Yanq Boyz”un U21 komandasını çalışdırırdı.
“Yanq Boyz” Çempionlar Liqasının pley-off mərhələsində “Qalatasaray”ı hər iki matçda məğlub etsə də, liqa mərhələsinin ilk oyununda evdə “Aston Villa”ya 3:0, ikinci matçda isə səfərdə “Barselona”ya 5:0 hesabı ilə məğlub olub.
İsveçrə çempionatına uğursuz başlayan “Yanq Boyz” 9 həftədən sonra 6 xalla sonuncu pillədə qərarlaşıb.