Messi: "Bunlar mənim son matçlarım ola bilər"
16.10.2024 - 10:19
Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Boliviyanı 6:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, argentinalı Lionel Messi matçdan sonra gələcəyi barədə danışıb:
“Milli komanda üçün konkret vaxt çərçivəm yoxdur. Mən oyundan həzz almağı və azarkeşlərin sevgisini hiss etməyi sevirəm. Bilirəm ki, bunlar mənim son matçlarım ola bilər. Bu ili uğurla başa vurub, addım-addım irəliləmək istəyirəm”.
Xatırladaq ki, matçda Messi 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
0
0