Mövsüm başa çatdı: Formal oyunları "Neftçi" və "Qarabağ" qazandı - YENİLƏNİB
28.05.2023 - 21:24
Mövsüm başa çatdı: Formal oyunları "Neftçi" və "Qarabağ" qazandı - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son oyun günündə keçirilən formal qarşılaşmalar meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb.

Gümüş mükafatçı “Sabah” bürüncün sahibi “Neftçi”nin qonağı olub. Bu mövsüm keçirilən oyunlarda rəqibindən üstün ola bilməyən "ağ-qaralar" uğursuz seriyaya son qoyublar. Qarşılaşmanın taleyini bir qol həll edib. Emin Mahmudov fərqlənərək, mövsümdə vurduğu qolların sayını 17-yə yüksəldib.

Mövsümün son matçında “Qarabağ” evdə “Turan Tovuz”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın futbolçusu Ramil Şeydayev bu matçda fərqlənməsə də, mövsümün bombardirini adını qazanıb. 

Qeyd edək ki, mövsümün son maçından sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Misli Premyer Liqası
XXXVI tur
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah” - 1:0
Qol:
Emin Mahmudov, 9
Baş hakim: Rəvan Həmzəzadə.
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 84. Hüseyn Babayev, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Sabah”: 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 12. Yusif İmanov, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 99. Emmanuel Apeh, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev
“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz” - 3:1
Qollar: 
Redon Cica, 2. Leandro Andrade, 47. Musa Qurbanlı, 71 - Runi Eva, 61
Baş hakim: Əli Əliyev
“Qarabağ”: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 99. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç
Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 98. Elxan Qasımov, 3. Tərlan Quliyev,  77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 83. Hüseyn Hüseynov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Azersun Arena”

1

Qarabağ

36

28

6

2

91-25

90

2

Sabah

36

25

6

5

75-24

81

3

Neftçi

36

20

8

8

63-38

66

4

Qəbələ

36

13

11

12

47-47

50

5

Zirə

36

13

11

12

45-46

50

6

Turan Tovuz

36

10

9

17

36-49

39

7

Sumqayıt

36

8

7

21

26-70

31

8

Kəpəz

36

6

13

17

34-62

31

9

Səbail

36

7

8

21

32-62

29

10

Şamaxı

36

4

13

19

26-52

25

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 22 qol, Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Coy Lens Mikels ("Sabah") - 17 qol, Emin Mahmudov ("Neftçi"), Aleksey Kaşuk ("Sabah") - 16 qol

writer photo
Əlirza Əlirzalı
0