Mövsümün ilk cəzaları
09.08.2023 - 12:07
Mövsümün ilk cəzaları

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının I turunda yaşananları müzakirə edən komitə mövsümün ilk cəzalarını verib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda meydan sahiblərinin futbolçusu Vanderson Melonun formasında qeyri-əlifba hərfindən istifadə edilib. Bu üzdən Naxçıvan klubu 800 manat cərimə edilib.

“Səbail”lə səfər görüşündə “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Bu, qonaqların 1500 manat cərimə edilməsi ilə nəticələnib.

“Kəpəz” – “Neftçi” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün qərblilər 800 manat cərimələnib. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” daha 800 manat ödəyəcək.

“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulub. Bu üzdən meydan sahibləri 1000 manat cərimə olunub.
 

writer photo
Əlirza Əlirzalı
0