Mustafayev Ukrayna yığmasından niyə imtina edib?
08.03.2023 - 16:43
Mustafayev Ukrayna yığmasından niyə imtina edib?

"Ukrayna Futbol Federasiyasından ölkənin gənclər millisində oynamaq təklif var idi".

Apasport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü  Emil Mustafayev deyib. "Aleksandriya"da oynayan 21 yaşlı yarımmüdafiəçi Ukrayna yığmasında oynamaqdan imtinasının səbəbi haqda danışıb:

"Mən bundan imtina etdim, çünki təşəbbüs daha əvvəl AFFA-dan gəlmişdi. Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan təklif gec oldu. Artıq Azərbaycana uçmalı idim. Bəli, Ukraynada doğulmuşam. Amma mən  Azərbaycana söz vermişdim və sözümə sadiq qaldım".

Qeyd edək ki, E.Mustafayev U-21 millimizdə 2 oyuna çıxıb.

writer photo
Əlirza Əlirzalı
0