“Nant” - “Qarabağ”: Kim şanslıdır?
27.10.2022 - 16:01
Avropa Liqasının qrup mərhələsinin V turunun oyunları çərçivəsində keçiriləcək “Nant” (Fransa) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Liqa1 təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Nantda baş tutacaq matçda Fransa klubunun qələbəsi 2,34, “Qarabağ”ın uğuru 3,16 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,66 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0