“Əlbəttə, Ronaldo qalacaq! “Mançester Yunayted” onu buraxa bilməz”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand sabiq komanda yoldaşı Kriştiano Ronaldo haqda danışarkən deyib.
44 yaşlı mütəxəssis hesab edir ki, “qırmızı şeytanlar” yenidən komanda ilə məşqlərə qoşulan Portuqaliya millisinin kapitanını saxlamaq məcburiyyətindədir: “Mançester Yunayted” indi transfer bazarında 20 qollu hücumçunu haradan tapacaq? Ronaldonu satsalar, kimi alacaqlar? Klubun onu saxlamasının yeganə səbəbi satacaqları təqdirdə riskə atılan 20 qol olacaq. Yerinə kimsə tapmadan onu buraxmaq olmaz. Düzdür, Antoni Marsyal qayıdacaq, ancaq onun hələ sübut edəcəyi çox şey var”.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.