“Neftçi” “Araz-Naxçıvan”la matça itkilərlə çıxacaq
23.11.2023 - 22:02
“Neftçi” “Araz-Naxçıvan”la matça itkilərlə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının XIV turunun “Araz-Naxçıvan”la oyununun hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, milli komandalarında çıxış edən Kilan Lebon və Ataa Caber hələ komandaya qoşulmayıb. Lakin Qara Qarayev məşqlərə start verib. İvan Brkiç və Filip Ozobiçin də Naxçıvan təmsilçisi ilə matçı buraxmaq ehtimalı var. Onların hər ikisi hələ ki, zədələrini sağaltmayıb.

Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” matçı noyabrın 26-da “Neftçi Arena” stadionunda keçiriləcək və saat 15:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0