“Neftçi Arena”nın oturacaqlarının rəngi dəyişdiriləcək
24.07.2024 - 01:56
“Neftçi Arena”nın oturacaqlarının rəngi dəyişdiriləcək

"Neftçi"də köklü dəyişikliklər davam edir. 

Apasport.az xəbər verir ki, bu dəfə paytaxt təmsilçisi doğma meydanı "Neftçi Arena"da dəyişiklik edəcək. Bu barədə klubun media koordinatoru Rüstəm Əfsərli açıqlama verib. 

Mütəxəssisin sözlərinə görə bu qərar azarkeşlərin çoxsaylı istəklərinə əsasən verilib: 

"Azarkeşlərimiz bununla bağlı tez-tez çağırışlar edirdi. Çox qısa müddətdə "Neftçi Arena"nın oturacaqları ağ-qara rəngdə olacaq. Bununla bağlı proses artıq başlayıb. İcraçı şirkət də müəyyənləşib. Çempionatda yaranacaq ilk fasilədə bu işi bitirmək istəyirik. 

Daha bir xəbər bizim fəal azarkeş qrupumuzu sevindirəcək. Qapı arxası tribunalar xüsusi açılıb-bağlanan olacaq". 

writer photo
Əlirza Əlirzalı
0