“Neftçi” növbəti hücumçu transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, belaruslu futbolçu Yeqor Boqomolski Bakıda yerləşən “Liv Bona Dea” xəstəxanasında tibbi baxışdan keçdikdən sonra onunla 3 il müddətinə müqavilə imzalanıb. 22 yaşlı forvard “ağ-qaralar”ın heyətində 77 nömrəli formanı geyinəcək.
Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib, 2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer edib.