"Neftçi" Bolqarıstan klubunun müdafiəçisini istəyir
25.09.2023 - 16:15
"Neftçi" Bolqarıstan klubunun müdafiəçisini istəyir

"Neftçi" qış və yay transfer planlarına indidən start verib. 

Apasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuları transfer siyahısına daxil edib. 

"Neftçi" Bolqarıstanın "Arda" klubunun müdafiəçisi Cəlal Hüseynovu yaxından izləyir. "Ağ-qaralar"ın məşqçilər korpusu U-21 yığmamızın aparıcı üzvünün performansını izləyir. "Neftçi" qışda Hüseynovu ən azından icarəyə götürmək istəyir. Bu baş verməsə, yayda azərbaycanlı müdafiəçi üçün Bolqarıstan klubu ilə danışıqlar aparılacaq. 

20 yaşlı müdafiəçi bu yay "Arda" ilə müqavilə imzalayıb və o, 2026-cı il iyunun 30-na qədər Kırcali klubuna məxsusdur.

writer photo
Əlirza Əlirzalı
0