Premyer Liqa komandası “Aston Villa” “Beşiktaş”ın gənc futbolçusuna transfer təklifi göndərib.
Apasport.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mediasında əksini tapıb.
“Aston Villa” Semih Kılıçsoyu heyətinə qatmaq istəyib. Futbolçü üçün “ağ-qaralar”a 18 milyon avro və sol cinah oyunçusu Aleks Morenon təklif edilib. Razılıq əldə olunacağı təqdirdə, Semih 1 il də icarə əsasında İstanbulda qalmalı idi.
“Beşiktaş” rəhbərliyi isə gənc istedad üçün daha yaxşı təklif gözlədiklərini ifadə edərək ingilislərə rədd cavabı verib.
Qeyd edək ki, Semih Kılıçsoyun “Beşiktaş”la müqavilə müddəti 2028-ci ilə qədərdir.