"Neftçi" Ervin Koffinin durumunu açıqladı
30.07.2023 - 22:04
"Neftçi" Ervin Koffinin durumunu açıqladı

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçirilmiş “Jelezniçar” – “Neftçi” matçında zədələnmiş futbolçu Ervin Koffi komandanın sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib ki, ilkin müayinədən sonra ciddi zədə aşkar edilməyib: "Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.

writer photo
Əlirza Əlirzalı
0