“Tottenhem”in iki hədəfi
20.07.2023 - 16:49
“Tottenhem”in iki hədəfi

“Tottenhem” komandadan gedəcək Pyer-Emil Hoybyerqə əvəzləyici axtarır.

Apasport.az saytının məlumatına görə, “Atletiko”ya keçəcək danimarkalı yarımmüdafiəçini əvəz etməyə iki namizəd var.

London klubu şəhəri digər klubu “Çelsi”dən Konor Qallaxer və “Aston Villa”dan Duqlas Luislə maraqlanır. Müqaviləsi 2025-ci ilədək olan Konorun satılacağı real görünmür. Bu üzdən “Tottenhem”in əsas ümidi Duqlasın transferi ilə bağlıdır.

Qeyd edək ki, Hoybyerqin 45 milyon avroya satılacağı gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0