“Neftçi” futbolçusunu icarəyə verdi
07.03.2023 - 15:18
“Neftçi” futbolçusunu icarəyə verdi

“Neftçi” futbolçusu Ramin Nəsirlini icarəyə verib. 

Klubdan apasport.az saytına verilən məlumata görə, anlaşmaya əsasən, Bakı təmsilçisinin yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

“Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0