“Neftçi” gerilədi, “Qarabağ” mövqeyini qorudu – ilin ilk reytinqi
05.01.2023 - 13:21
“Neftçi” gerilədi, “Qarabağ” mövqeyini qorudu – ilin ilk reytinqi

Avropanın top komandalarının 2023-cü il üçün ilk reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycanın üç komandası siyahıya daxil edilib. Ən yaxşı təmsilçimiz “Qarabağ” 213 xalla 80-cidir. Qurban Qurbanovun yetirmələrinin mövqeyi dəyişməz qalıb.

Bir pillə geriləyən “Neftçi” 33 xalla qitədə 229-cudur. Daha çox – 9 addım aşağı yuvarlanan “Qəbələ” 5 xala 397-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2397 xala malik “Real” başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0