Mbappe yerinə Saka
07.03.2024 - 21:13
Mbappe yerinə Saka

PSJ mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Kilian Mbappenin alternativini tapıb.

Apasport.az xəbər verir ki, Paris təmsilçisi "Arsenal"da çıxış edən Bukayo Sakanı transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Fransa klubu 22 yaşlı vinger üçün London təmsilçisinə 140 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0