“Neftçi” liderliyə yüksəldi - YENİLƏNİB
16.09.2022 - 22:28
“Neftçi” liderliyə yüksəldi - YENİLƏNİB

Misli Premyer Liqasında VII tura start verilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turun ilk günündə iki matç baş tutub.

Günün ilk görüşündə “Sabah” “Turan Tovuz”u qəbul edib. Məhsuldar keçən görüşdə meydan sahibləri üç xalı üç qolla qazanıb – 3:1. 

Bu qələbədən sonra “Sabah” turnir cədvəlinin zirvəsinə yüksəlsə də, liderliyi bir neçə saat çəkib. Paytaxt derbisində “Neftçi” “Səbail”in qonağı olub.

Meydan sahiblərinin müqavimətini yalnız ikinci hissədə qıran bakılılar çətin qələbə qazanıb. Bu, Laurentsiu Regekampfın yetirmələrinə ən azı iki günlük liderliyi ələ keçirməyə imkan verib.

Qeyd edək ki, tura sentyabrın 18-də yekun vurulacaq.

Misli Premyer Liqası
VII tur
16 sentyabr (cümə)
18:00. “Sabah” – “Turan Tovuz” - 3:1
Qollar: 
Davit Volkov, 15, Coy Lens Mikels, 34, Elvin Camalov, 90+6 (pen.) - Runi Eva, 81
Qırmızı vərəqə: Şakir Seyidov, 39
Baş hakim: Rauf Cabarov
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov
Məşqçi: Vitaliy Korneev
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Bank Respublika Arena”

20:30. “Səbail” – “Neftçi” - 0:2
Qollar: 
Emin Mahmudov, 53, Gilyerme Pato, 83
Baş hakim: Əliyar Ağayev
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk.
Baş məşqçi: Mahmud Qurbanov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 37. Elton Əlibəyli, 97. Elşad Tağıyev, 78. Elcan Əbilov, 4. Solomon Kverkveliya, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf
“ASCO Arena”

1

Neftçi

7

6

0

1

16-6

18

2

Sabah

7

5

1

1

16-7

16

3

Qarabağ

5

5

0

0

14-4

15

4

Zirə

6

3

1

2

8-8

10

5

Turan Tovuz

6

3

1

2

5-5

10

6

Qəbələ

6

3

0

3

10-7

9

7

Səbail

7

1

2

4

7-10

5

8

Sumqayıt

6

0

3

3

1-9

3

9

Şamaxı

6

0

2

4

3-11

2

10

Kəpəz

6

0

0

6

4-17

0

Bombardir: Ramil Şeydayev ("Qarabağ") - 6 qol

writer photo
Əlirza Əlirzalı
0