Kanselonun diaqnozu BİLİNDİ
05.01.2024 - 18:32
Kanselonun diaqnozu BİLİNDİ

“Barselona”nın müdafiəçisi Joao Kanselo tibbi müayinədən keçib.

Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 29 yaşlı Kanseloya dizin medial yan bağının burxulması diaqnozu qoyulub.

Mavi qranatlar portuqaliyalı futbolçunun sağalma müddətini açıqlamayıb.

Xatırladaq ki, Kanselo La Liqanın son matçında zədələnərək 11-ci dəqiqədə əvəzlənib.

writer photo
Əlirza Əlirzalı
0